Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri son sutka ərzində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının İraq və Suriyadakı mövqelərinə və obyektlərinə 36 hava zərbəsi endirib.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar ordusundakı mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Onlar qeyd ediblər ki, zərbələrdən 26-sı İŞİD-in İraq, 10-u isə Suriya ərazisindəki dəstələrinə endirilib.
Hücumlar barədə başqa məlumat yoxdur. Xüsusilə, bu zərbələrin səmərəliliyi barədə məlumat verilmir.