Yuxarı
    Bağlamaq

    Koalisiya İraq və Suriyada bombardıman nəticəsində 396 dinc sakinin öldüyünü etiraf edib

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib

    Bakı. 1 aprel. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq və Suriyada anti-terror əməliyyatları başlayandan endirilən hava zərbələri nəticəsində azı 396 dinc sakinin öldüyünü etiraf edib.

    “Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

    Koalisiya bu iki ölkədə, xüsusilə fevral ayında dinc sakinlərin ölümü barədə etimad qazanmış 5 məlumatı etiraf edib.

    Qeyd olunur ki, koalisiya qüvvələri 2014-cü ilin avqustundan 2017-ci ilin fevralına qədər 18,6 min aviazərbə endiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi