​Klinton Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib

​Klinton Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib O, bülletenlərin 61%-nin hesablanmasından sonra səslərin 78,8%-ni toplayır
Digər ölkələr
15 İyun , 2016 07:32
​Klinton Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ölkə paytaxtı Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində keçirilən ilkin sekilərdə qalib gəlmək üzrədir.

"Report" xəbər verir ki, bu proqnozla aparıcı Amerika KİV-ləri çıxış ediblər.

Xüsusilə, CNN telekanalının məlumatına görə, sabiq birinci xanım seçki bülletenlərinin 61%-nin hesablanmasından sonra səslərin 78,8%-ni toplamaqdadır.

Onun rəqibi senator Berni Sanders isə səslərin 21%-ni toplayır. Klintonun qələbə qazandığını NBC və Fox News kanalları da qeyd edir.

Son xəbərlər

Orphus sistemi