Yuxarı

​Klinton Trampa qarşı Sanderslə birləşmək istədiyini bəyan edib

ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ Demokratlar Partiyasından namizəd, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ilkin seçkilər üzrə eyni partiyadan olan rəqibi Berni Sanderslə respublikaçı Donald Trampa qarşı birgə mübarizə aparmaq üçün birləşmək niyyətində olduğunu bəyan edib.

“Report” xəbər verir ki, sabiq dövlət katibinin sözlərinə görə, o artıq bu məsələni Sandeslə müzakirə etməyə başlayıb.

"Gələn çərşənbə axşamı biz partiyanı birləşdirmək üçün nə edə biləcəyimiz barədə detallı şəkildə danışmağa başlayacağıq. Senator (Berni) Sanders də bunu edir. Biz ikimiz Donald Trampın Ağ evə yaxınlaşmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", — deyə o CNN-ə müsahibəsində bildirib.

ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi