​Klinton: "Tramp ABŞ üçün təhlükəlidir"

​Klinton: "Tramp ABŞ üçün təhlükəlidir" Keçmiş dövlət katibi: "Onun seçki kampaniyası dağıdıcıdır "
Digər ölkələr
14 İyul , 2016 05:42
​Klinton: Tramp ABŞ üçün təhlükəlidir

Bakı. 14 iyul. REPORT.AZ/ "Bizə dağıdıcı deyil, birləşdirici prezident lazımdır. Ona görə də hesab edirəm ki, Donald Tramp ölkəmiz üçün təhlükəlidir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə iddiaçı Hillari Klinton ölkənin İllinoys ştatının Sprinqfilde şəhərindəki seçkiqabağı mitinqdə bildirib.

Onun sözlərinə görə, milyarder Donald Trampın seçki kampaniyası "elə dağıdıcıdır ki, indiyəcən belə təbliğata rast gəlinməyib".

Prezidentliyə iddiaçı bildirib ki, onun Respublikaçılar Partiyasından olacaq rəqibi çıxşları ilə ABŞ əhalisini bir-birinə qarşı qoyur. O, Trampın müsəlmanlar, azlıqlar və qadınlar haqda söylədikləri aşağılayıcı fikirlərə diqqət çəkib. H.Klinton rəqibinin ABŞ cəmiyyətini parçaladığını da vurğulayıb.

Qeyd edək ki, iyulun 18-21-də ölkənin Ohayo ştatının Klivlend şəhərində Respublikaçılar Partiyasının qurultayında Donald Tramp prezidentliyə rəsmi namizəd olaraq irəli sürüləcək. İyulun 25-28-də isə Demokratlar Partiyası Pensilvaniya ştatının Filadelfiya şəhərində Hillari Klintonun ölkə prezidentinə namizdəliyini rəsmiləşdirəcəklər.

Son xəbərlər

Orphus sistemi