Klinton şəxsi elektron poçtundan “rahatlıq” üçün istifadə edib

Klinton şəxsi elektron poçtundan “rahatlıq” üçün istifadə edib Klintonun şəxsi hesabındakı 30 min e-mail-i silməsi bir çox sualı cavabsız buraxacaq
Digər ölkələr
11 Mart , 2015 03:55
Klinton şəxsi elektron poçtundan “rahatlıq” üçün istifadə edib

Bakı. 11 mart. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bir həftədir ki, davam edən "e-mail qalmaqalı"na son qoymağa çalışır.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, Klinton bildirib ki, dövlət katibi vəzifəsini icra edərkən rəsmi e-mail ünvanından istifadə etməli olsa da, öz şəxsi elektron poçtuna üstünlük verib.

Nyu Yorkda, BMT-nin binasında keçirdiyi mətbuat konfransında xanım Klinton vurğulayıb ki, şəxsi bu -mailindən heç vaxt məxfi materialları göndərməyib və onun Dövlət Departamenti ilə yazışması ictimaiyyətə açılacaq.

Lakin təhlilçilərin fikrincə, Klintonun şəxsi hesabındakı 30 min e-mail-i silməsi bir çox sualı cavabsız buraxacaq.

Klinton israr edir ki, sildiyi məktubların hamısı şəxsi xarakterli olub.

Qalmaqal Dövlət katibi olduğu dörd il ərzində Klinton-un rəsmi elektron poçtundan istifadə etmədiyi bəlli olduqdan sonra yaranıb. O bildirib ki, ev ünvanından “işinin rahatlığı” üçün istifadə edib.

Təhliçilər həmçinin bu qalmaqalın Klinton-un prezidentlik iddialarını necə təsirləndirəcəyini götür-qoy edirlər.

"NBC News" və “Wall Street Journal”ın apardıqları rəy sorğusu demokratların praymeriz seçkilərində iştirak edəcək potensial seçicilərin 86 faizinin Hilari Klinton-u dəstəklədiyini göstərib.

Son xəbərlər

Orphus sistemi