Klinton prezident seçiləcəyi təqdirdə amerikalı ailələrə dəstək verəcəyini vəd verib

Klinton prezident seçiləcəyi təqdirdə amerikalı ailələrə dəstək verəcəyini vəd verib O, bu barədə sonuncu teledebatında bildirib
Digər ölkələr
20 Oktyabr , 2016 07:53
Klinton prezident seçiləcəyi təqdirdə amerikalı ailələrə dəstək verəcəyini vəd verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton seçkilərdə dövlət başçısı seçiləcəyi təqdirdə amerikalı ailələrə dəstək verəcəyini vəd edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə sonuncu teledebatında bildirib.

"Mən Amerika ailələrinə dəstək verəcəm və korporativ maraqlara qarşı çıxacam" – deyə Hillari Klinton bildirib.

Hillari Klintonun rəqibi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp isə teledebatda bildirib ki, o, prezident seçiləcəyi təqdirdə latın əsilli amerikalılara və afroamerikalılara dəstək vermək fikrindədir. 

Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton arasında üçüncü, sonuncu teledebat keçirilib.

Son xəbərlər

Orphus sistemi