Klinton Müllerin hesabatından sonra seçkilərdə iştirakla bağlı qərar verəcək

Klinton Müllerin hesabatından sonra seçkilərdə iştirakla bağlı qərar verəcək Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton artıq iki ildir 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə Rusiyanın ehtimal edilən müdaxiləsinin araşdırılması ilə məşğul olan xüsusi prokuror Robert Müllerin hesabatı dərc olunduqdan sonra, 2020-ci il dövlət başçısı seçkilərində iştiraka dair son qərarını verəcək.
Digər ölkələr
7 Mart , 2019 04:05
Klinton Müllerin hesabatından sonra seçkilərdə iştirakla bağlı qərar verəcək

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton artıq iki ildir 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə Rusiyanın ehtimal edilən müdaxiləsinin araşdırılması ilə məşğul olan xüsusi prokuror Robert Müllerin hesabatı dərc olunduqdan sonra, 2020-ci il dövlət başçısı seçkilərində iştiraka dair son qərarını verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirlə çərşənbə günü ABŞ-dakı seçkilər barədə materiallar dərc edən "Elections Central" portalı çıxış edib.

Klinton bazar ertəsi 2016-cı il seçkilərində Respublika Partiyasından namizəd Donald Trampla düşmənçilik edən CNN teleşirkətinin infrastrukturuna daxil olan "News 12" telekanalına müsahibəsində bildirib ki, 2020-c ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək.

Son xəbərlər

Orphus sistemi