​Klinton ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün lazım olan nümayəndə sayını toplayıb

​Klinton ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün lazım olan nümayəndə sayını toplayıb Bu gün keçiriləcək demokratik seçkilər raundu Hillari üçün rəsmiyyət xarakteri daşıyacaq
Digər ölkələr
7 İyun , 2016 08:23
​Klinton ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün lazım olan nümayəndə sayını toplayıb

Bakı. 7 iyun. REPORT.AZ/ Sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün lazım olan nümayəndə sayını toplayıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü öz hesablamalarına istinadən "Associated Press" məlumat dərc edib.

Nəşrin məlumatına görə, demokrat hazırda 2 min 383 seçicinin dəstəyini qazanıb və demokratik qurultayda partiyadan onun prezidentliyə rəsmi namizəd qismində uğurla irəli sürülməsi üçün məhz bu qədər sayda nümayəndə lazımdır. Bu, 25-26 iyul tarixlərində Filadelfiyada (Pensilvaniya) keçiriləcək ümummilli demokratik qurultayda baş verəcək.

Belə olan halda, çərşənbə axşamı keçiriləcək demokratik seçkilər raundu Hillari Klinton üçün təmiz rəsmiyyət xarakteri daşıyacaq.

Son xəbərlər

Orphus sistemi