​Klinton ABŞ prezidenti postuna namizədliyini irəli sürüb

​Klinton ABŞ prezidenti postuna namizədliyini irəli sürüb O, 2008-ci ildə seçkiləri Barak Obamaya uduzmuşdu
Digər ölkələr
13 Aprel , 2015 04:16
​Klinton ABŞ prezidenti postuna namizədliyini irəli sürüb

Bakı. 13 aprel. REPORT.AZ/ Nyu-York ştatının sabiq senatoru, Barak Obama administrasiyasında keçmiş dövlət katibi olan Hillari Klinton ABŞ prezidenti postu uğrunda mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, Klintonun müraciəti bazar günü onun seçkiqabağı kampaniyasının saytında və sosial şəbəkələrdə yerləşdirilib.

"Mən ABŞ prezidenti postu uğrunda mübarizəyə başlayıram və sizin dəstəyinizə güvənirəm. Sadə amerikalıya onun hüquqlarını müdafiə edən insan lazımdır. Və mən həmin insan olmaq istəyirəm", - deyə Klinton iki dəqiqəlik videoçarxda bildirib.

Son xəbərlər

Orphus sistemi