Yuxarı

​Kliçko nazir müavinlərini kabinetlərdə "yatmaq"da ittiham edib - VİDEO

Kiyev meri narazılığını 12-ci Yalta Avropa Strategiyası forumunda bildirib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Superağır çəkidə boks üzrə sabiq dünya çempionu, hazırda isə Kiyevin meri vəzifəsində çalışan Vitali Kliçko ölkəsinin nazir müavinlərini fəaliyyətsizlikdə, ancaq kabinetlərdə "yatmaq"da ittiham edib.

"Report" xəbər verir ki, o öz narazılığını Kiyevdə keçirilən 12-ci "Yalta Avropa Strategiyası" forumunda bildirib.

Kiyevin şəhər rəisi bütün Ukrayna hökumətinin fəaliyyətini, xüsusilə də nazir müavinlərini tənqid edib.

"Biz çox danışırıq, nəticə isə yoxdur. Baxın, məsələn, bütün addımları Nazirlər Kabineti ilə razılaşdırmaq lazım olur. Nazir müavinləri isə orada aylarla yatırlar. Onlar yatmaq əvəzinə işləməlidirlər", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi