“Ukraynanın cənubunda yerləşən bəndin partladılmasına dolğun qiymət vermək üçün hələ çox tezdir”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Reuters”ə bildirib.
"Bəndin partladılması və daşqın riski ilə bağlı məlumatlıyıq. Hadisənin təfərrüatlarına dolğun qiymət vermək üçün hələ çox tezdir", - o deyib.
Kleverlinin sözlərinə görə, Kaxovka SES-in partladılmasında tərəflərin bir-birini ittiham etməsinə baxmayaraq, bu problemin yaranmasının yeganə səbəbi Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü ilə bağlıdır. "Biz vəziyyəti araşdırmağa davam edirik, lakin Rusiyanın indiki vəziyyətdə edə biləcəyi ən yaxşı iş qoşunlarını dərhal geri çəkməkdir", - o deyib.