​Kiyevin mərkəzində təhsil naziri müavininin maşını atəşə tutulub

​Kiyevin mərkəzində təhsil naziri müavininin maşını atəşə tutulub Bakı. 25 Avqust. REPORT.AZ/ Kiyevin mərkəzində Ukrayna təhsil və elm nazirinin müavini İnna Sovsunun avtomobili atəşə tutulub."Report" TASS-a istin...
Digər ölkələr
25 Avqust , 2015 22:37
​Kiyevin mərkəzində təhsil naziri müavininin maşını atəşə tutulub

Bakı. 25 Avqust. REPORT.AZ/ Kiyevin mərkəzində Ukrayna təhsil və elm nazirinin müavini İnna Sovsunun avtomobili atəşə tutulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o "Facebook" sosial şəbəkəsində məlumat verib.

"Naməlum şəxslər yoldan nazirliyin qarşısında duran xidməti maşınımı atəşə tutublar. Mən həmin zaman öz kabinetimdə idim, maşında sürücü olub. Güllələrdən biri onun düz başının üstündən keçib. Qalanları arxa qapıya tuş gəlib", - deyə o bildirib.

"Hadisə yerinə polis gəlib, vəziyyəti araşdırır. Bunadək heç bir təhdid almamışam", - deyə Sovsun qeyd edib.

Son xəbərlər

Orphus sistemi