Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə növbəti kütləvi raket hücumu dağıntılara səbəb olub.
"Report"un Şərqi Avropa bürosunun Kiyevdə olan əməkdaşının verdiyi məlumata görə, dağıntıların əksəriyyəti Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən zərərsizləşdirilən raket qalıqlarının düşməsi nəticəsində baş verib. Hazırkı məlumata görə, təkcə Kiyevdə 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edək ki, Ukrayna ərazisinə raket hücumu nəticəsində 5 nəfər həlak olub. Hadisə nəticəsində 40 nəfərin xəsarət aldığı bildirilir. Ölən və yaralananların artacağı istisna edilmir.