​Kiyevdə rusiyayönümlü jurnalist qətlə yetirilib

​Kiyevdə rusiyayönümlü jurnalist qətlə yetirilib Oles Buzinanı evinin yaxınlığında güllələyiblər
Digər ölkələr
16 Aprel , 2015 16:42
​Kiyevdə rusiyayönümlü jurnalist qətlə yetirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində yazıçı, jurnalist və teleaparıcı Oles Buzinanı güllələyiblər.

"Report" "UNİAN"a istinadən xəbər verir ki, bu barədə "Pravıy sektor" sədrinin birinci müavini Anna Demid öz "facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, Oles Buzina aldığı güllə yarasından ölüb: "Bir qədər əvvəl Oles Buzinanı yaşadığı binanın yaxınlığında güllələyiblər. Atəş səslərini hamı eşitdi".

Xatırladaq ki, O.Buzina Ukraynada ictimaiyyət arasında rusiyayönümlü çıxışları ilə tanınırdı.

Son xəbərlər

Orphus sistemi