Kiyevdə Ukrayna, Azərbaycan və digər ölkələrin ekspertləri “dəyirmi masa” keçiriblər

Kiyevdə Ukrayna, Azərbaycan və digər ölkələrin ekspertləri “dəyirmi masa” keçiriblər Kiyevdə Ukrayna, Azərbaycan, Gürcüstan və Baltikyanı ölkərdən olan ekspertlərin iştirakı ilə “dəyirmi masa” keçirilib.
Digər ölkələr
135
2 Sentyabr , 2021 22:42
Kiyevdə Ukrayna, Azərbaycan və digər ölkələrin ekspertləri “dəyirmi masa” keçiriblər

Kiyevdə Ukrayna, Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələrdən olan ekspertlərin iştirakı ilə “dəyirmi masa” keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, “Rusiya təbliğatı əleyhinə” Beynəlxalq Mərkəzinin direktoru Yuri Koçevenkonun moderatorluğu ilə keçən “dəyirmi masa”nın mövzusu Rusiya və Qafqaz mövzusu olub.

Tədbiri açan Y.Koçevenko Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsini xatırladaraq, Rusiya sülhməramlıların missiyası, hazırda Qafqazda baş verən proseslər barədə fikirlərini bölüşüb.

Azərbaycanlı ekspert, Kiyevdə fəaliyyət göstərən “Analitik və İnformasiya Platforması” təşkilatının rəhbəri, hüquqşünas Qulu İbrahimov, “Baku TV”nin hərbi reportyoru, “Qarabağ xronikası”nın müəllifi Fərdin İsazadənin də iştirak etdiyi tədbirdə ekspert Levon Antia (Gürcüstan) çıxışında ölkəsinin hazırkı proseslərdən rolundan bəhs edib. Digər çıxışçılar - hərbi ekspert, polkovnik Konstantin Maşovets (Ukrayna), ekspert Andrey Miqal (Ukrayna), Qriqori Molodini (Gürcüstan), hərbi ekspert, general-mayor Sergey Krivonos (Ukrayna) Stasis Kauşinis (Litva), Viktor Yaqun (Ukrayna), Sergey Kirovonos (Ukrayna) və digərləri Rusiyanın Cənubi Qafqazdakı proseslərə təsirindən danışıblar.

F.İsazadə Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb: “Bu gün Rusiya bütün diqqətini Əfqanıstan səbəbindən Mərkəzi Asiyaya yönəldib. Ehtimal ki, vəziyyət qısa zaman kəsiyində məhz Xəzər dənizinin şərq sahili – Çin istiqamətdə gərginləşəcək. Bu səbəbdən Rusiya bütün diqqətini həmin bölgəyə yönəldib”.

Q.İbrahimov isə Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük müharibəsində əldə etdiyi qələbədən sonra regionda dəyişən vəziyyətdən danışıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdi ki, biz sülh tərəfdarıyıq və məsələni sülh ilə həll etmək istəyirik. Əks halda torpaqlarımızı silah gücünə də olsa, geri qaytaracağıq. Amma təəssüf ki, Ermənistan tərəfinin yersiz inadı nəticəsində silahlar işə düşdü və Azərbaycan ərazisini geri qaytardı”.

“Report” İnformasiya Agentliyinin Şərqi Avropa bürosunun təmsilçisi Mübariz Aslanov isə sərhədlə bağlı səsləndirilən fikirlərə cavab olaraq bildirib ki, müharibəni uduzan Ermənistan informasiya mühitində yalan xəbərlərə əl atır: “Separatçılıqdan əziyyət çəkən Ukrayna kimi eyni problemi yaşayan Azərbaycan da saxta təbliğata məruz qalır. Bu, bizə Ermənistan tərəfindən yönəldilir. Ümumiyyətlə Ukrayna-Azərbaycan arasında bu cür saxta təbliğatın qarşısını almağın ən yaxşı yolu iki ölkə arasında KİV-in birgə fəaliyyətini daha da gücləndirmək, ortaq media platforması yaratmaqdır. Belə olduqda xarici təbliğatlar təsirsiz olar”.

Son xəbərlər

Orphus sistemi