Kiyevdə Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanları anılır

Kiyevdə Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanları anılır Ukraynanın paytaxtı Kiyev sakinləri Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra həmrəylik nümayiş etdirmək və zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə Türkiyənin səfirliyinin qarşısına gül dəstələri düzürlər.
Digər ölkələr
7 Fevral , 2023 13:50
Kiyevdə Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanları anılır

Ukraynanın paytaxtı Kiyev sakinləri Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra həmrəylik nümayiş etdirmək və zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə Türkiyənin səfirliyinin qarşısına gül dəstələri düzürlər.

"Report"un Şərqi Avropa bürosunun xəbərinə görə, digər ölkələrdə olduğu kimi Ukraynadakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya endirilib. Baş verən təbii fəlakətlə əlaqədar Türkiyədə bir həftə milli yas elan edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi