Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada qaz partlayışı baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
"Partlayışın Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kliçko bildirib.
Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.