Kiyevdə kütləvi hava döyüşünün nəticələri - FOTOREPORTAJ

Kiyevdə kütləvi hava döyüşünün nəticələri - FOTOREPORTAJ Mayın 27-dən 28-ə keçən gecə Rusiya növbəti dəfə Ukrayna ərazisinə geniş hava hücumu təşkil edib. Bu dəfə daha çox hədəfə alınan Ukraynanın aktiv quru döyüşlərin getdiyi vilayətlərdən arxa cəbhədə olan vilayətlər, o cümlədən Kiyev İran istehsalı olan “Şah
Digər ölkələr
28 May , 2023 16:20
Kiyevdə kütləvi hava döyüşünün nəticələri - FOTOREPORTAJ

Mayın 27-dən 28-ə keçən gecə Rusiya növbəti dəfə Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu təşkil edib. Ukraynanın arxa cəbhədəki vilayətləri, o cümlədən Kiyev İran istehsalı olan “Şahid” dronlarının hücumuna məruz qalıb.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat “Report”un Şərqi Avropa bürosuna bildirib ki, bu, genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hava hücumu olub.

Onun sözlərinə görə, ötən gecə düşmənin Ukrayna ərazisinə növbəti İran dronları ilə hava hücumu qeydə alınıb. Sözçü deyib ki, Ukrayna ərazisinə hücumlarda rekord sayda dronlardan istifadə olunub: “Bir gecədə eyni anda 54 İran istehsalı dronlar bütün Ukrayna ərazisinə hücum edib. Mayın 27-i axşam saat 23.00-dan mayın 28-i səhər saat 05.00-a qədər bu hücumlar davam edib. Hücumlar ölkəyə şimaldan və cənubdan gerçəkləşib. Hava Hücumundan müdafiə qüvvələrimiz bu 54 drondan 52-ni məhv edib. Bunların böyük əksəriyyəti paytaxt Kiyev ərazisində məhv edilib. Buradan da görünür ki, düşmənin bu gecə əsas hədəfi paytaxt Kiyev olub. Bizim hava hücumundan müdafiə qüvvələrimiz çox əla işləyib. Bu da onu göstərir ki Qərbin bizə verdiyi vasitələrlə bu hücumların qarşısını artıq yaxşı ala bilirik”.

O həmçinin İranın Rusiyaya dron tədarükünü davam etdirdiyini diqqətə çatdırıb: "İşğalçıya dəstəyini davam etdirir. Belə kütləvi hücum ötən ilin son gecəsi bayram axşamı olmuşdu. O vaxt ölkə üzrə 46 dron hücuma gəlmişdi. Bu dəfə isə kütləviliyinə görə rekord oldu. Bizim hava hücumundan müdafiə sistemi gündən-günə işini təkmilləşdirsə də, bəzən düşmən dronları bizim dinc əhaliyə zərər yetirir. Buna görə də dünya ictimaiyyəti İrana təzyiqi artırmalıdırlar ki, o terrorçu tədarükü dayandırsın”.

Kiyev şəhər hərbi administrasiyasından da “Report”un Şərqi Avropa bürosuna paytaxta edilən kütləvi hava hücumun nəticəsi açıqlanıb:

“May ayı ərazində 14-cü dəfə hava hücumu ilə düşmən kiyevliləri 28 may Kiyev günü ilə bağlı "təbrik" etməyi qərara aldı. Bu paytaxta müharibənin başladığı gündən indiyə qədər ən kütləvi dron hücumu idi. İran istehsalı olan “Şahid” dronları ilə onlar paytaxtımıza kütləvi hücum təşkil etdilər. Hücum bir neçə dalğada təşkil edildi. Ukrayna hava hücumundan müdafiə qüvvələri paytaxt səmasında 40-dan çox düşmən dronunu məhv etdilər. Amma paytaxtda mülki insanlarımız arasında ölən və yaralananlar da oldu. Qoloseyevski rayonunda 41 yaşlı mülki kişi həlak olub. Bir neçə nəfər isə yaralanıb, xəstəxanaya yerləşdirilib. Bunlar havada zərərsizləşdirilən dronların parçalarının yaşayış evlərinin üstünə düşməsi nəticəsində olub.

O qeyd edib ki, yaşayış evlərindən başqa yenə də paytaxtın Qoloseyevski rayonunda bir ticarət mərkəzi də ciddi zərər görüb:

"Yanğın baş verib. Burada bir nəfər yaralanıb. Peçorski rayonunda yaşayış evi zərbəyə məruz qalıb, yaşayış evinin üstü alışıb yanıb. Paytaxtın digər Darninski rayonunda da yaşayış evinin yanında mağazaya zərbə endirilib”.

Son xəbərlər

Orphus sistemi