"İnter" telekanalının binasında baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

"İnter" telekanalının binasında baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2 Telekanalın əməkdaşları yanğından xilas olmaq üçün binanın damına çıxıblar
Digər ölkələr
4 Sentyabr , 2016 20:30
İnter telekanalının binasında baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

Bakı. 4 sentyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə "İnter" telekanalının binasında baş vermiş yanğın söndürülüb. 

"Report" "RİA Novosti"yə iatinadən xəbəer verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib.

***20:20

Kiyev polisi "İnter" telekanalının binasında baş vermiş yanğını törətməkdə şübhəli bilinən 6 nəfəri həbs edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kiyev Milli Polisinin Baş İdarəsinin rəisi Andrey Krişenko bildirib.

O, bildirib ki, həbs edilənlər polis idarəsinə aparılıblar. Hazırda həmin şəxslərin kimliyi araşdırılır.

Təqsirləndirilənlər əvvəlcə telekanalın binası qarşısında avtomobil təkərini yandırıblar. Sonra isə binanın foyesinə yandırıcı vasitələr atıblar. 

Hadisə yerinə 7 yanğınsöndürən maşın, habelə polis və təcili yardım maşınları cəlb edilib. 

Faktla bağlı cinayət işi açılıb. 

***19:32

Ukraynanın paytaxtı Kiyev şəhərində "İnter" telekanalının binasında yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə telekanalın Şusev küçəsindəki binasında qeydə alınıb. Telekanalın bəzi əməkdaşları binanı tərk edə bilsələr də, digər əməkdaşlar binanın damına çıxıblar. Onların təxliyə edilməsi mümkün deyil.

Yanğının hazırda davam etdiyi bildirilir. Hadisə ilə əlaqədar küçədə hərəkət dayandırılıb.

Son xəbərlər

Orphus sistemi