Kiyevdə bank binasına qumbaraatandan atəş açılıb

Kiyevdə bank binasına qumbaraatandan atəş açılıb Hadisə nəticəsində xəsarət alan olmayıb
Digər ölkələr
24 İyul , 2015 06:43
Kiyevdə bank binasına qumbaraatandan atəş açılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevin mərkəzində bu gecə naməlum şəxs qumbaraatandan bank binasına atəş açıb.

"Report"un "Lenta.Ru" saytına istinadən verdiyi xəbərə görə, "Ukrinbank"ın filialının dördüncü mərtəbəsinə atəş açan şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Xəsarət alan olmayıb.

Xatırladaq ki, bu ilin aprel ayında "Ukrinbank"-ın Kiyevdəki digər filialında partlayıcı qurğu aşkarlanmışdı.

Son xəbərlər

Orphus sistemi