Kiyevdə Ali Radanın yaxınlığında qarşıdurma yaşanıb, bir polis yaralanıb

Kiyevdə Ali Radanın yaxınlığında qarşıdurma yaşanıb, bir polis yaralanıb Kiyevdə təhlükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr
16 Yanvar , 2018 14:45
Kiyevdə Ali Radanın yaxınlığında qarşıdurma yaşanıb, bir polis yaralanıb
РИА Новости

Bakı. 16 yanvar. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə Ali Radanın yaxınlığında etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.

"Report" "112 Ukrayna" telekanalına istinadən xəbər verir ki, etirazçılar beş avtomobil şini yandırıb, xilasedicilər onları söndürməyə çalışıblar. Həmçinin etirazçılar gözyaşardıcı qazdan istifadə edib və hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində çay daşı atıblar.

İnsident nəticəsində bir polis yaralanıb.

Ümumiyyətlə, Kiyevin mərkəzinə, təqribən, 4 min hüquq-mühafizə orqanı əməkdaşı cəmlənib, hökumət kvartalının mühafizəsi gücləndirilib.

Xatırladaq ki, bu gün səhər saatlarından Ukrayna Ali Radasının binası yaxınlığında Venesiya Komissiyasının iradları əsasında Donbassın reinteqrasiyası haqqında qanunu, Antikorrupsiya Məhkəməsi haqqında qanunu qəbul etmək tələbi ilə mitinq keçirilir.

Son xəbərlər

Orphus sistemi