Kiyevdə 700 nəfər parlament binası qarşısında etiraz edir

Kiyevdə 700 nəfər parlament binası qarşısında etiraz edir Etirazçıların düşərgəsində vəziyyət sakitdir
Digər ölkələr
19 Oktyabr , 2017 13:26
Kiyevdə 700 nəfər parlament binası qarşısında etiraz edir
Tass

Bakı. 19 oktyabr. REPORT.AZ/ Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında təqribən 700 nəfərin iştirak etdiyi aksiya keçirilir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, etiraz aksiyası Qruşevski küçəsində davam edir. Bu küçədə etirazçılar çadırlar qurublar. Etirazçıların düşərgəsində vəziyyət sakitdir.

Qeyd edək ki, bu gün Ukrayna parlamenti etirazçıların tələblərinin yerinə yetirilməsi ilə bağlı bir sıra qanun layihələrini nəzərdən keçirə bilər. Onlar deputatlardan Antikorrupsiyaya Məhkəməsinin yaradılmasını, parlament toxunulmazlığının ləğv edilməsini və seçki qanunvericiliyində islahatların aparılmasını tələb edirlər.

Ukrayna Prezidenti Petro Poroşenko dünən Ali Rada yaxınlığında keçirilən mitinqin təşkilatçıları olan deputatlarla görüşməyi rədd edib.

Hüquq-mühafizə orqanları əməkdaşları etiraz aksiyaları zamanı baş verən toqquşma zamanı 11 nəfəri saxlayıblar.

Son xəbərlər

Orphus sistemi