Kiyevdə Azərbaycan vətəndaşlarının daxili orqanlarının qanunsuz çıxarılmasında şübhəli bilinən şəxslər saxlanılıb

Kiyevdə Azərbaycan vətəndaşlarının daxili orqanlarının qanunsuz çıxarılmasında şübhəli bilinən şəxslər saxlanılıb Onlar Azərbaycanla yanaşı Ukrayna, Ermənistan, Litva və Rusiyadan 50-dən çox şəxsin orqanlarının çıxarılmasında ittiham olunurlar
Digər ölkələr
21 Oktyabr , 2014 11:29
Kiyevdə Azərbaycan vətəndaşlarının daxili orqanlarının qanunsuz çıxarılmasında şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları iki ölkə vətəndaşını həbs edib. Həmin şəxslər insan orqanlarını çıxararaq satan beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətində şübhəli bilinirlər. "Report"un xəbərinə görə, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

"Mütəşəkkil cinayətkar qruplaşma Ukraynanın kənd yerlərindən aztəminatlı insanları potensial donor kimi ələ alıb və onları orqanların transplantasiyası üzrə qanunsuz əməliyyatlar üçün Asiya və Latın Amerikası ölkələrinə göndəriblər. 2010-2014-cü illər ərzində onlar bu məqsədlə Ukrayna, Azərbaycan, Ermənistan, Litva və Rusiyadan 50-dən çox vətəndaşı xaricə göndəriblər" - deyə, məlumatda qeyd olunub.

Məhkəmə onların təqsirini sübuta yetirərsə cinayətkarları 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi