Yuxarı
    Bağlamaq

    Kiyev yaxınlığındakı supermarketdə qumbara partlaması nəticəsində 8 nəfər yaralanıb

    Axtarış zamanı şübhəli şəxsdən daha 3 qumbara və müxtəlif kalibrli 20 patron müsadirə edilib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Kiyev əyalətinin Buça şəhərindəki supermarketin parketmə ərazisində qumbara partlaması nəticəsində 8 nəfər yaralanıb.

    "Report" Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, insident ötən gecə baş verib.

    "Partlayış supermarketin yaxınlığındakı parketmə ərazisində baş verib. 36 yaşındakı təcavüzkar insanların əhatəsində olarkən qumbaranı partladıb. Partlayış nəticəsində altısı uşaq olmaqla 8 nəfər xəsarət alıb. Onlardan üçü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb", - məlumatda deyilir.

    Polis xəbər verib ki, axtarış zamanı şübhəli şəxsdən daha 3 qumbara və müxtəlif kalibrli 20 patron aşkarlanaraq müsadirə edilib.

    "Xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi