​Kiyev yaxınlığındakı neft bazasında bir neçə yanacaq sisterni partlayıb

​Kiyev yaxınlığındakı neft bazasında bir neçə yanacaq sisterni partlayıb Təqribən 55-75 tonluq 4-5 sisternin partladığı bildirilir
Digər ölkələr
127
11 İyun , 2015 02:50
​Kiyev yaxınlığındakı neft bazasında bir neçə yanacaq sisterni partlayıb

Bakı. 11 İyun. REPORT.AZ/ Kiyev yaxınlığındakı neft bazasında bir neçə gün davam edən yanğın nəticəsində oradakı yanacaq sisternləri partlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilir.

"İyunun 10-u saat 22.10-na olan vəziyyətə görə, gözlənilən partlayış baş verdi. Hardasa 55-57 ton tutumlu 4-5 sistern partladı. Partlayış gözlənilən olduğundan bütün texnika və şəxsi heyət ərazidən kənarlaşdırılmışdı", - məlumatda bildirilir.

İdarə rəhbəri Nikolay Çeçetkinin sözlərinə görə, qəza yerində xilasetmə xidməti əməkdaşları 24 saat ərzində işləyir.

Son xəbərlər

Orphus sistemi