Venesuela prezidenti Nikolas Maduro qoşunları səfərbər edərək qonşu Qayananın de-fakto ərazisi olan Essekibo bölgəsinin ilhaqını elan edib.
“Report” xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.
Nəşrin məlumatına görə, Maduro artıq bölgəyə müvəqqəti rəhbər təyin edib.
Qeyd edilir ki, o, general-mayor, Vahid Sosialist Partiyasının deputatı Aleksis Rodriqes Kabello olub.
Bundan əvvəl Maduro Venesuelanın 24-cü ştatının yaradıldığını bəyan edib.