KİV: UNESCO korrupsiya və saxtakarlıq səbəbindən dağılır

KİV: UNESCO korrupsiya və saxtakarlıq səbəbindən dağılır UNESCO, bütün BMT sistemi kimi, korrupsiya və saxtakarlıq səbəbindən dağılır.
Digər ölkələr
19 oktyabr 2023 08:19
KİV: UNESCO korrupsiya və saxtakarlıq səbəbindən dağılır

UNESCO, BMT sistemi kimi, korrupsiya və saxtakarlıq səbəbindən dağılır.

“Report” xəbər verir ki, bir çox Qərb KİV-lərinin araşdırmaçı jurnalistləri BMT sistemindəki korrupsiya sxemlərini, o cümlədən UNESCO-nun Baş direktoru Odri Azuleni ifşa edirlər.

Belə ki, “Inner City Press”də dərc olunan məqalədə qeyd olunub ki, O.Azulenin “Prada”, “Louis Vuitton” və “Dior” kimi şirkətlərlə şəxsi maraqları naminə alqı-satqıları təşkilata üzv dövlətlərin heç birin tənqidi və ya etirazı ilə qarşılanmır.

BMT Nizamnaməsinə görə, təşkilatın məmurlarına şirkətlərə maliyyə vəsaiti qazanmağa yardım göstərmək qadağandır, çünki bu, mənəvi və etik prinsiplərə tamamilə ziddir. Lakin “Prada” açıq şəkildə bildirir ki, UNESCO-nun Baş direktorunun imicindən öz kommersiya məqsədləri üçün istifadə edir.

Ümumiyyətlə, UNESCO-nun Etika üzrə bürosunun məlumatına görə, maraqların toqquşmasından yayınmaq təşkilatın bütün işçilərinin vəzifəsidir.

Amma bununla bağlı reallıq tamamilə fərqlidir. O.Azule sübut edib ki, o, şəxsi maraqları və maddi mənfəətləri ilə ziddiyyət təşkil edən qaydalara riayət etmək niyyətində deyil.

Qeyd edilib ki, UNESCO-da işçilərdən düşünmək yox, rəhbərliyə itaət etmək və yaltaqlanmaq tələb olunur: “Buna görə də, təşkilatın nüfuzunu bərpa etmək üçün 2023-cü ilin noyabrında keçiriləcək konfransda UNESCO-nu gözdən salan hazırkı baş direktordan yaxa qurtarmaqla bağlı düşünməyə dəyər”.

Məqalədə bildirilib ki, UNESCO-nun rəhbəri etik səbəblərə və mühüm qaydaya əməl etmədiyinə görə işdən azad edilməlidir: yüksək vəzifəli məmur brend reklamının obyekti ola bilməz: “Üstəlik, onun imici pul qazanma mənbəyi ola bilməz. Bu gün UNESCO-nun düşdüyü dərin mənəvi və korrupsiya böhranını ancaq təşkilatı maliyyələşdirən və vergi ödəyicilərinin pullarına görə məsuliyyəti öz üzərinə götürənlər həll edə bilər. Bu gün UNECO korrupsiya, israfçılıq, səlahiyyətdən sui-istifadənin çiçəkləndiyi BMT agentliyinə çevrilib”.

Son xəbərlər

Orphus sistemi