KİV: Ukrayna ABŞ-yə faydalı qazıntılar müqabilində yardım təklifi üzərində işləyir

KİV: Ukrayna ABŞ-yə faydalı qazıntılar müqabilində yardım təklifi üzərində işləyir Kiyev ABŞ administrasiyasının Vaşinqtona Ukraynanın nadir torpaq faydalı qazıntılarının 50 %-nə hüquq verilməsi müqabilində Ukraynaya yardım göstərilməsi planını rədd edib və qarşılıqlı təklif üzərində işləyir.
Digər ölkələr
15 fevral 2025 21:53
KİV: Ukrayna ABŞ-yə faydalı qazıntılar müqabilində yardım təklifi üzərində işləyir

Kiyev ABŞ administrasiyasının Vaşinqtona Ukraynanın nadir torpaq faydalı qazıntılarının 50 %-nə hüquq verilməsi müqabilində Ukraynaya yardım göstərilməsi planını rədd edib və qarşılıqlı təklif üzərində işləyir.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

WP-nin məlumatına görə, Ukrayna Vaşinqtona ölkənin təbii sərvətlərinə daha geniş çıxış təklif etmək niyyətindədir. Bundan başqa, nəşr qeyd edib ki, Kiyev Vaşinqtonun faydalı qazıntılarla bağlı təklif etdiyi sövdələşmənin mətnini ABŞ-nin maliyyə naziri Skott Bessentin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsinə cəmi dörd saat qalmış alıb.

Məlumata görə, bu görüşdə maliyyə naziri Zelenskinin sazişi dərhal imzalamasında təkid edib, lakin o bunu etməyib.

Son xəbərlər

Orphus sistemi