KİV: Tarixdə ilk dəfə Pentaqon rəhbəri afroamerikalı ola bilər

KİV: Tarixdə ilk dəfə Pentaqon rəhbəri afroamerikalı ola bilər Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Pentaqon rəhbəri postuna istefaya çıxmış general Lloyd Ostinin təyinatı məsələsini nəzərdən keçirir.
Digər ölkələr
28 Noyabr , 2020 06:47
KİV: Tarixdə ilk dəfə Pentaqon rəhbəri afroamerikalı ola bilər
Lloyd Ostin

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Pentaqon rəhbəri postuna istefaya çıxmış general Lloyd Ostinin təyinatı məsələsini nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Axios” bildirib.

Qeyd edilir ki, əgər Ostin bu vəzifəyə təyin edilsə, o, ABŞ Müdafiə Nazirliyinin başçısı olan ilk afroamerikalı kimi tarixə düşəcək.

Ostin 2013-cü ildən 2016-cı ilə qədər ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına başçılıq edib. Nəşr bildirib ki, Bayden Pentaqon başçısı vəzifəsinə digər şəxslərin də namizədliyini nəzərdən keçirir.

Daha əvvəl Bayden öz kabinetinə rəqib respublikaçıların təyinatlarını istisna etməyib.

Demokratların nümayəndəsinin sözlərinə görə, onun hədəfi ölkənin vahid olmasıdır.

Son xəbərlər

Orphus sistemi