KİV: “Taliban” əyalət mərkəzinə daxil olub"

KİV: “Taliban” əyalət mərkəzinə daxil olub" “Taliban” hərəkatının hərbi birləşmələri Əfqanıstanın şimalındakı Couzcan əyalətinin mərkəz şəhəri Şəbərğana daxil olublar.
Digər ölkələr
6 Avqust , 2021 15:51
KİV: “Taliban” əyalət mərkəzinə daxil olub
0 : 00
0 : 00

“Taliban” hərəkatının silahlı dəstələri Əfqanıstanın şimalındakı Cuzcan əyalətinin mərkəz şəhəri Şəbərğana daxil olublar.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hazırda şəhərdə döyüşlər gedir. “Taliban” döyüşçüləri ölkənin sabiq vitse-prezidenti, özbək səhra komandiri Rəşid Dustumun evini yandırıblar.

“Xinhua” xəbər verir ki, Əfqanıstan ordusunun verdiyi açıqlamaya görə, şəhər ətrafındakı döyüşlər zamanı “Taliban”ın 40 üzvü öldürülüb, 15-i əsir götürülüb.

Son xəbərlər

Orphus sistemi