KİV: Slovakiyanın 105 günlük neft ehtiyatı var

KİV: Slovakiyanın 105 günlük neft ehtiyatı var Slovakiyanın neft ehtiyatları 105 gün, təbii qaz isə bir aylıqdır.
Digər ölkələr
23 May , 2022 02:40
KİV: Slovakiyanın 105 günlük neft ehtiyatı var

Slovakiyanın neft ehtiyatları 105 gün, təbii qaz isə bir aylıqdır.

“Report” xəbər verir ki, bunu Slovakiya Neft və Qaz Assosiasiyasının icraçı direktoru Rixard Kvasnovski deyib.

Onun sözlərinə görə, ümumi həcmi 3,5 milyard kubmetr olan Slovakiyanın yeraltı qaz anbarları hazırda 25% doludur. Qaz anbarları kommersiya şirkətlərinə məxsusdur və bu, dövlətin onların işinə təsir imkanlarını məhdudlaşdırır.

Slovakiya istehlak etdiyi qazın ən azı 85%-ni Rusiyadan alır. Gələcəkdə ABŞ-dan, Fars körfəzi ölkələrindən və ya Norveçdən qaz nəqli onun mümkün əvəzedicisi ola bilər. Ölkə artıq maye qazla dolu iki tanker alıb.

Bununla belə, bu növ enerji resursunun dəyərinə və ölkəyə çatdırılması xərclərinə əsaslanaraq, bu seçim mövcud sxemdən xeyli bahadır.

Son xəbərlər

Orphus sistemi