Pakistan hakimiyyəti Əfqanıstanın “Kam Air” özəl aviaşirkətinin təyyarəsinin Kabildən İslamabada uçuşuna icazə verməyib.
“Report” TASS-a istinadən xəbər verir k, bu barədə “Kam Air” rəhbərliyi məlumat verib.
Bildirilib ki, aviaşirkətin təyyarəsinin İslamabada uçuşu iki gündür dayanıb.
Pakistan hökuməti məsələyə rəsmi münasibət bildirməyib.
Qeyd edilib ki, sentyabrdan indiyədək Əfqanıstanın “Kam Air Airlines” və Pakistanın “Pakistan International Airlines” Əfqanıstandan Pakistana uçuşları yerinə yetirən bir aviaşirkət olaraq çıxış edirlər. Pakistan aviaşirkətinin təyyarələri Kabildən Pakistanın Multan, Turbatdan Kvett şəhərlərinə uçuşlar keçirib. Aviabiletin qiyməti əvvəllər 300 dolar idisə, indi 2 500 dollar yüksəlib.