KİV: Netanyahu İsrail prezidentindən kabineti formalaşdırmaq üçün mandatını uzatmağı xahiş edib

KİV: Netanyahu İsrail prezidentindən kabineti formalaşdırmaq üçün mandatını uzatmağı xahiş edib “Likud” partiyasının lideri Benyamin Netanyahu İsrail Prezidenti İsxak Hersoqa ölkənin yeni kabinetini formalaşdırmaq üçün ona verilən mandatın uzadılması ilə bağlı müraciət edib.
Digər ölkələr
9 Dekabr , 2022 05:19
KİV: Netanyahu İsrail prezidentindən kabineti formalaşdırmaq üçün mandatını uzatmağı xahiş edib

“Likud” partiyasının lideri Benyamin Netanyahu İsrail Prezidenti İsxak Hersoqa ölkənin yeni kabinetini formalaşdırmaq üçün ona verilən mandatın uzadılması ilə bağlı müraciət edib.

“Report” xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Qeyd edək ki, İsrail Prezidenti İsaak Hersoq "Likud" Partiyasının lideri Benyamin Netanyahuya noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən hökumət koalisiyası yaratmaq mandatı verib.

Qanuna görə, Netanyahuya Nazirlər Kabinetini formalaşdırmaq üçün 28 gün vaxt verilir. Belə ki, 11 dekabra qədər Benyamin Netanyahu hökumət koalisiyası yaratmalıdır. Qanun bu mandatın əlavə 14 gün müddətinə mümkün uzadılmasını da nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi