KİV: NATO Ukraynada qələbəyə ümid etmək əvəzinə daxili problemləri həll etməlidir

KİV: NATO Ukraynada qələbəyə ümid etmək əvəzinə daxili problemləri həll etməlidir NATO Ukraynada qələbəyə ümid etmək əvəzinə daxili problemləri həll etməlidir.
Digər ölkələr
8 aprel 2024 09:41
KİV: NATO Ukraynada qələbəyə ümid etmək əvəzinə daxili problemləri həll etməlidir

NATO Ukraynada qələbəyə ümid etmək əvəzinə daxili problemləri həll etməlidir.

“Report” xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Qeyd olunub ki, Alyans daxilində kifayət qədər problem var və bunlar həll edilməlidir: “Alyansın bəzi üzvləri hələ də ÜDM-in vəd edilmiş 2 faizini müdafiəyə xərcləyə bilmir. Donald Trampın mümkün prezidentliyi fonunda ABŞ-ın mövqeyi qeyri-sabit görünür, Avropanın özündə isə Macarıstan və Slovakiya kimi bəzi ölkələr, rusiyayönlü siyasət nümayiş etdirirlər”.

Həmçinin bildirilib ki, NATO indi Ukraynaya Rusiya ilə qarşıdurmada kömək etmək iqtidarında deyil: “Ukrayna Silahları Qüvvələrinin itkiləri artarsa, Alyansın təhlükəsizliyi ciddi təhdid altında olacaq”.

Nəşrin yazdığına görə, NATO üzvlərinin şəhərləri o qədər də yaxşı qorunmur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski daha əvvəl Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl bildirib ki, müharibənin yalnız hərbi yolla həlli var. Daha əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kuleba müharibənin Avropa ərazisinə keçə biləcəyi barədə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi