Misir İsrail və HƏMAS-a Qəzza zolağında müharibəyə son qoymaq üçün üçmərhələli plan təqdim edib.
“Report” xəbər verir ki, bu barədə “Al-Sharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail hakimiyyəti bu təşəbbüsü nəzərdən keçirmək niyyətindədir.
Təklif olunan plana humanitar atəşkəs də daxildir. Bu zaman HƏMAS girovluqda olan 40 qadın, uşaq və qocanı, İsrail isə 120 fələstinli məhbusu azad edəcək və Qəzzaya humanitar yardımın göndərilməsini nəzərdən keçirəcək.
Növbəti mərhələdə Misir Qəzzada humanitar yardım, anklavın bərpası, eləcə də Fələstində ümumi prezident seçkilərinə hazırlıq məsələlərinə nəzarət edəcək hökumətinin yaradılmasını təklif edib.
Son mərhələ tam atəşkəs elan ediləcək və əsir götürülmüş bütün İsrail hərbçilərinin azad olunacaq. Bundan başqa, tərəflər İsrailin azad edəcəyi fələstinli məhbusların sayını da dəqiqləşdirməlidir.