KİV: İtaliyanın Baş naziri bu gün istefa verə bilər

KİV: İtaliyanın Baş naziri bu gün istefa verə bilər İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa verə bilər.
Digər ölkələr
21 İyul , 2022 00:06
KİV: İtaliyanın Baş naziri bu gün istefa verə bilər

İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa verə bilər.

"Report" xəbər verir ki, bu barədə "Rai News 24" telekanalı Quirinal sarayındakı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir parlamentin aşağı palatasındakı müzakirələri izləyəcək, burada Senatda keçirilən səsverməyə oxşar prosedur planlaşdırılıb.

Qeyd edək ki, iyulun 20-də İtaliya Senatı Baş nazir Draqiyə etimad göstərib. Etimad səsverməsində 95 senator Draqini dəstəkləyib, 38 senator isə əleyhinə çıxıb.

Son xəbərlər

Orphus sistemi