İsrail hərbi əməliyyatları iki həftəlik dayandırmağa hazırdır

İsrail hərbi əməliyyatları iki həftəlik dayandırmağa hazırdır İsrail Qəzzada saxlanılan girovları azad etmək üçün Fələstin anklavında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazırdır.
Digər ölkələr
21 dekabr 2023 08:47
İsrail hərbi əməliyyatları iki həftəlik dayandırmağa hazırdır

İsrail Qəzzada saxlanılan girovları azad etmək üçün Fələstin anklavında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Makan-33” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail terrorizmdə təqsirli bilinənlər də daxil olmaqla, həbsxanalardan fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS-ın girov saxladığı insanların azad edilməsi şərti ilə iki həftəlik atəşkəsə hazırdır.

“Lakin tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar, çünki HƏMAS hərəkatı bu təklifi rədd edir”, - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi