Haaqada (Niderland) yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb, dağıntılar altında təxminən 20 nəfər ola bilər.
“Report” xəbər verir ki, bu barədə “Nu.nl” portalı məlumat yayıb.
Məlumata görə, baş verən partlayış yanğına səbəb olub və nəticədə bir neçə mənzildən ibarət binanın fasadı dağılıb.
Qeyd olunub ki, dağıntılar altından 4 nəfər xilas edilib.
Partlayışın səbəbi hələlik məlum deyil.