KİV: Əfqanıstanda “taliblər”in hücumu zamanı 30-a yaxın polis öldürülüb

KİV: Əfqanıstanda “taliblər”in hücumu zamanı 30-a yaxın polis öldürülüb Əfqanıstanın cənubunda "Taliban" hərəkatı silahlılarının hücumu zamanı azı 28 polis əməkdaşı həlak olub.
Digər ölkələr
24 Sentyabr , 2020 02:10
KİV: Əfqanıstanda “taliblər”in hücumu zamanı 30-a yaxın polis öldürülüb

Əfqanıstanın cənubunda "Taliban" hərəkatı silahlılarının hücumu zamanı azı 28 polis əməkdaşı həlak olub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Uruzqan cənub əyalətinin Qizab rayonunda olub. Burada bir neçə gündür döyüşlər səngimir.

Əfqanıstanın Daxili İşlər Nazirliyində polislərin həlak olması şəraitini şərh etməkdən imtina ediblər.

Son xəbərlər

Orphus sistemi