KİV: Donald Trampın üç xarici bankda hesabı var

KİV: Donald Trampın üç xarici bankda hesabı var ABŞ prezidenti Donald Trampın Böyük Britaniya, İrlandiya, Çin banklarında hesabları var.
Digər ölkələr
2017
21 Oktyabr , 2020 15:17
KİV: Donald Trampın üç xarici bankda hesabı var
Donald Tramp

ABŞ prezidenti Donald Trampın Böyük Britaniya, İrlandiya və Çin banklarında hesabları var.

“Report” NYT-yə istinadən xəbər verir ki, Çin bankındakı hesab 2013-2015-ci illərdə Çin dövlətinə 1 88 561 ABŞ dolları məbləğində vergi ödəmiş “Trump İnternational Hotel Management LLC” şirkətinin idarəçiliyindədir və həmin hesabda cəmi bir neçə min ABŞ dolları məbləğində gəlir olduğu bildirilir.

Şirkətin hüquqşünası Alan Qarten ABŞ-da da bölmələri olan Çin bankında hesab açmaqda məqsədin həmin ölkədə mehmanxanalarla bağlı işgüzar fəaliyyət yürütməklə yerli vergiləri ödəmək olduğunu bildirib.

“2015-ci ildən bu yana müqavilə imzalanmayıb, transaksiyalar keçirilməyib, ofis də işləmir. Hesab bağlanmasa da, istifadəsiz qalıb”, - hüquqşünas qeyd edib.

Bütövlükdə Çində D.Trampa məxsus azı 2006-cı ildən, habelə qızı İvanka Trampa məxsus bir sıra müəssisələr fəaliyyət göstərir. Lakin həmin şirkətlərin çoxu D.Trampın prezident seçildiyindən və İ.Trampın Ağ Evdə vəzifəyə gəlməsindən sonra müvafiq qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi