KİV: Demokratlar seçkilərdə məğlub olsalar, Bayden impiçmentlə üzləşə bilər

KİV: Demokratlar seçkilərdə məğlub olsalar, Bayden impiçmentlə üzləşə bilər ABŞ Prezidenti Cozef Bayden Demokratlar Partiyasının payız seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti itirəcəyi təqdirdə impiçmentlə üzləşə bilər.
Digər ölkələr
16 İyul , 2022 22:09
KİV: Demokratlar seçkilərdə məğlub olsalar, Bayden impiçmentlə üzləşə bilər

ABŞ Prezidenti Cozef Bayden Demokratlar Partiyasının payız seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti itirəcəyi təqdirdə impiçmentlə üzləşə bilər.

"Report" xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, seçkidə uduzacağı təqdirdə Bayden impiçmentlə üzləşə bilər, çünki respublikaçılar buna təşəbbüs göstərmək niyyətlərini artıq bəyan ediblər.

May ayında Massaçusets Universitetində keçirilən sorğuya əsasən, respublikaçıların 68 %-i impiçmenti dəstəkləyib.

İmpiçment Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə qəbul edilə bilər, lakin Prezident yalnız Senatda üçdə iki səs çoxluğu ilə vəzifədən kənarlaşdırıla bilər. Bu, əvvəllər heç vaxt baş verməyib və çətin ki, respublikaçılar 2023-cü ildə lazımi sayda mandat alsınlar.

Bundan əvvəl keçmiş prezident Donald Trampa iki dəfə - 2020 və 2021-ci illərdə impiçment elan edilib və hər iki dəfə Senat ona bəraət qazandırıb.

Son xəbərlər

Orphus sistemi