Çirkab sulara nəzarət COVID-19-un yayılmasının qarşısını ala bilər.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Sciencenews” nəşri yazıb.
Alim Amy Kirby çirkab sulara nəzarətin sağlamlığa COVID-dən daha geniş təsir göstərəcəyini proqnozlaşdırır.
Qeyd olunub ki, çirkli sular birbaşa olaraq virusun yayılmasını sürətləndirir.
Nəşr yazıb ki, əgər məqsəd qlobal sağlamlığı qorumaqdırsa, tullantı sularına, həmçinin kanalizasiyalara nəzarət güclənməlidir. Bu işlər isə ciddi maliyyə tələb edir.
Qeyd edək ki, COVID-19 2019-cu ildən etibarən dünyada sürətlə yayılmağa başlayıb. Son vaxtlar dünyada COVID-19 yeni ştamı olan "Eris" variantı yayılır.