KİV: Çexiya Ukraynaya iki “Kub” HHM sistemi verəcək

KİV: Çexiya Ukraynaya iki “Kub” HHM sistemi verəcək Çexiya yaxın vaxtlarda ukraynalı hərbçilərə iki ədəd “Kub” hava hücumundan müdafiə (HHM) sistemi verəcək.
Digər ölkələr
10 may 2023 19:40
KİV: Çexiya Ukraynaya iki “Kub” HHM sistemi verəcək

Çexiya yaxın vaxtlarda ukraynalı hərbçilərə iki ədəd “Kub” hava hücumundan müdafiə (HHM) sistemi verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Çexiya radiosu ölkə Prezidenti Petr Pavelə istinadən məlumat yayıb.

Çexiya Ukrayna hərbçilərinin idarəetməsində böyük təcrübəyə malik olduğu kompleksləri Ukraynaya hədiyyə edəcək. Ukrayna sistem üçün raketlər də alacaq.

Radionun məlumatına görə, P.Pavel Çexiya ordusunun quru bölmələrinin hərəkətlərini dəstəkləmək üçün Kiyevə bəzi təyyarələr bağışlamağı da düşünməli olduğunu hesab edir. Söhbət yüngül “L-159” hücum təyyarəsindən gedir.

Son xəbərlər

Orphus sistemi