KİV: Bayden Almaniyaya təsir etmək üçün Ukraynaya “Abrams” tankları verməyə hazırdır

KİV: Bayden Almaniyaya təsir etmək üçün Ukraynaya “Abrams” tankları verməyə hazırdır ABŞ Prezidenti Co Bayden Ukraynaya “Leopard 2” tanklarının mümkün tədarükü ilə bağlı hələ də qərar qəbul etməyən Almaniyaya təsir göstərmək üçün rəsmi Kiyevə 10 ədəd “Abrams” tankı verməyə hazırdır.
Digər ölkələr
24 Yanvar , 2023 19:42
KİV: Bayden Almaniyaya təsir etmək üçün Ukraynaya “Abrams” tankları verməyə hazırdır

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya “Leopard 2” tanklarının mümkün tədarükü ilə bağlı hələ də qərar qəbul etməyən Almaniyaya təsir göstərmək üçün rəsmi Kiyevə 10 ədəd “Abrams” tankı verməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Pentaqondakı adı açıqlanmayan məsul şəxsə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Bayden Almaniyanın Kiyevə “Leopard 2” verməsinə təzyiq göstərmək üçün 10 ədəd “Abrams” tankını Ukraynaya verməyə hazırdır.

Kanalın həmsöhbətinin fikrincə, Almaniya inadkarlığından əl çəkməli və “Leopard”ları Ukraynaya verməlidir. Mənbə Ukraynanın Rusiya ilə müharibədə “əlinin güclənməsi” üçün 500 tanka ehtiyac duyduğunu da bildirib.

Son xəbərlər

Orphus sistemi