KİV: “Avstraliya Parlamentinin nümayəndə heyəti Tayvana səfər edəcək”

KİV: “Avstraliya Parlamentinin nümayəndə heyəti Tayvana səfər edəcək” Avstraliya Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti dekabrın 5-də Tayvana səfər edəcək.
Digər ölkələr
3 Dekabr , 2022 05:23
KİV: “Avstraliya Parlamentinin nümayəndə heyəti Tayvana səfər edəcək”

Avstraliya Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti dekabrın 5-də Tayvana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “The Australian” qəzeti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə Avstraliyanın keçmiş baş nazirinin müavini, Avstraliya Milli Partiyasının lideri Barnabi Coysun rəhbərlik edəcək.

Avstraliyalı parlamentarilər beş günlük işgüzar səfər çərçivəsində Tayvan Administrasiyasının rəhbəri Tsay İnven daxil olmaqla, rəsmi şəxslərlə görüşəcəklər. Onlar ikitərəfli ticarət məsələlərini, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsini, həmçinin azad ticarət sazişinin imzalanmasının perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, avstraliyalı deputatlar Tayvandakı bir sıra müəssisələrə baş çəkməyi və iş adamları ilə danışıqlar aparmağı planlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi