KİV: “ABŞ Rusiyanı qanadlı raketlərlə vura bilər”

KİV: “ABŞ Rusiyanı qanadlı raketlərlə vura bilər” Kipr yaxınlığında qısa müddət ərzində dayanan ABŞ Hərbi Dəniz Qüvvələrinin “Georgia” nüvə sualtı qayığı Aralıq dənizində olsa belə, “Tomaqavk” qanadlı raketləri ilə Rusiyanı vura bilər.
Digər ölkələr
21 Yanvar , 2022 03:14
KİV: “ABŞ Rusiyanı qanadlı raketlərlə vura bilər”

Kipr yaxınlığında qısa müddət ərzində dayanan ABŞ Hərbi Dəniz Qüvvələrinin “Georgia” nüvə sualtı qayığı Aralıq dənizində olsa belə, “Tomaqavk” qanadlı raketləri ilə Rusiyanı vura bilər.

“Report” xəbər verir ki, bu barədə Amerika nəşri “The Drive” yazıb.

Nəşr hesab edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin bu cür hərəkətləri müttəfiqlərə və Moskvaya siqnaldır:

“1 000 mil radiuslu bir dairə çəkin. Bu dairənin daxilindəki potensial hədəflərin əksəriyyəti risk altındadır. Bu o deməkdir ki, sualtı qayıq Krım, Ukrayna və Rusiyadakı hədəfləri asanlıqla vura bilər”.

Bundan əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles NATO missiyasının tərkibində fəaliyyət göstərəcək “Blas de Lezo” freqatının sürətlə Qara dənizə doğru istiqamət alacağını açıqlamışdı. O vurğulayıb ki, İspaniya NATO kimi Ukrayna ətrafındakı vəziyyətin diplomatik yolla həll edilməsini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi