KİV: ABŞ-nin dövlət katibi Panamaya səfər edəcək

KİV: ABŞ-nin dövlət katibi Panamaya səfər edəcək ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Vaşinqtonun Panama kanalı üzərində nəzarəti əldə etməsinin zəruriliyi barədə bəyanatlarından sonra Panamaya səfər etməyi planlaşdırır.
Digər ölkələr
23 Yanvar , 2025 07:46
KİV: ABŞ-nin dövlət katibi Panamaya səfər edəcək

ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Vaşinqtonun Panama kanalı üzərində nəzarəti əldə etməsinin zəruriliyi barədə bəyanatlarından sonra Panamaya səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, yeni Dövlət Departamenti rəhbərinin ilk xarici səfəri Tramp və onun administrasiyasının Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulamalıdır.

Rubio Latın Amerikasına səfəri çərçivəsində Panamadan əlavə Qvatemala, Kosta-Rika və Salvadora da səfər etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi