KİV: "ABŞ helikopterləri artıq Ukraynadadır"

KİV: "ABŞ helikopterləri artıq Ukraynadadır" Pentaqon Ukrayna Silahlı Qüvvələrinə beş Mi-17 helikopterini artıq təhvil verib, lakin hələ də digər hərbi yardımlarla birlikdə vəd edilən daha 11 təyyarənin təhvil verilməsi üzərində işləyir
Digər ölkələr
4 May , 2022 15:24
KİV: ABŞ helikopterləri artıq Ukraynadadır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna Silahlı Qüvvələrinə 5 Mi-17 helikopteri təhvil verib, eyni zamanda rəsmi Vaşinqton vəd edilən digər hərbi yardımlarla birlikdə daha 11 helikopterin Kiyevə çatdırılması üzərində işləyir.

“Report” bildirir ki, bunu “Foreign Policy” dərgisinin milli təhlükəsizlik müxbiri Cek Detç tviterdə yazıb.

ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi bildirib ki, Sovet dövründən qalma 5 helikopter artıq Ukrayna ərazisindədir.

Çatdırılma Ağ evin Ukraynaya helikopter göndərəcəyinə dair ilk işarəsindən aylar sonra baş verib və daha sonra bu yaxınlarda qəbul edilən yardım paketində bunun həcmi daha da böyüyüb.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Cen Psaki yanvar ayında bildirmişdi ki, Vaşinqton Rusiyanın ölkə sərhədi boyunca qoşun yığdığı bir vaxtda Ukraynaya Mi-17 helikopterləri tədarük etmək niyyətindədir.

İlkin olaraq helikopterlər Əfqanıstan Silahlı Qüvvələrinə dəstək üçün alınıb. Lakin ölkə hakimiyyəti “Taliban” tərəfindən ələ keçirildikdən sonra Ağ ev Rusiya istehsalı olan helikopterləri Ukrayna ordusuna kömək etmək üçün yaxşı variant kimi qiymətləndirib.

Qeyd edək ki, Rusiya paytaxt Kiyevi işğal edə bilmədikdən sonra ölkənin şərqinə və qərbinə yönəldiyi bir vaxtda Pentaqon aprel ayında Ukraynaya yardım üçün daha 800 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib. Bu paketə digər silahlarla birlikdə daha 11 Mi-17 helikopteri daxildir.

Son xəbərlər

Orphus sistemi