KİV: ABŞ-Çin danışıqları Pekinin Ukrayna ilə bağlı mövqeyinə təsir etməyəcək

KİV: ABŞ-Çin danışıqları Pekinin Ukrayna ilə bağlı mövqeyinə təsir etməyəcək Bayden və Si Cinpinin danışıqları Pekinin Rusiya və Ukrayna ilə bağlı mövqeyinə təsir etməyəcək.
Digər ölkələr
125
20 Mart , 2022 06:22
KİV: ABŞ-Çin danışıqları Pekinin Ukrayna ilə bağlı mövqeyinə təsir etməyəcək

ABŞ-Çin danışıqları Pekinin Rusiya və Ukrayna ilə bağlı mövqeyinə təsir etməyəcək.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzetində dərc olunan məqalədə verilir.

Məqalədə bildirilir ki, ötən gün ABŞ Prezidenti Cozef Bayden Çin Prezidenti Si Cinpinlə telefon danışığı zamanı Ukraynadakı əməliyyat fonunda Rusiyaya dəstək verərsə, ciddi nəticələr barədə xəbərdarlıq edib.

Həmçinin vurğulanır ki, Çin tərəfinin söhbətdən sonra verdiyi şərhlər, görünür, mövqe dəyişikliyinə işarə etmir. Çağırışdan sonra Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Çin ABŞ-ın Rusiyaya kömək etdiyinə görə Pekinə qarşı tətbiq edə biləcəyi sanksiyaları kəskin tənqid edib.

“The Washington Post” yazır ki, Çin hər iki tərəflə möhkəm əlaqələr saxlamaq üçün Moskvanı dəstəkləyərək, Qərbi özündən uzaqlaşdırmamaqla neytral qalmağa çalışır.

Son xəbərlər

Orphus sistemi